“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün infosessiya keçirilib

15/10/2026, 11:57
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün infosessiya təşkil olunub.


İlk olaraq şagirdlər BDU-nun Heydər Əliyev Muzeyi, Faydalı qazıntılar muzeyi və “Tələbə məkanı” ilə tanış olublar.


Daha sonra BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin əməkdaşı İlkin Şərifov şagirdlərə təhsil və karyera planlaşdırılması, ixtisas seçimi və peşə istiqamətinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyəti barədə məlumat verib. O, ixtisas seçimi zamanı şəxsi maraq və bacarıqların, fərdi potensialın, eləcə də əmək bazarının müasir tələblərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.


İlkin Şərifov bildirib ki, peşə seçimi yalnız təhsil istiqamətinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Bu proses həm də düzgün məqsədlər qoymağı, mövcud imkanları dəyərləndirməyi və gələcək peşəkar inkişafı planlaşdırmağı tələb edir.


Sonda şagirdlərin sualları cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: