“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Genetik Zəka Yarışı: Brain Ring” adlı intellektual turnir keçirilib

18/05/2026, 03:28
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Biologiya fakültəsi üzrə üzvlərinin və Komitənin nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun (İOK) birgə təşkilatçılığı ilə “Genetik Zəka Yarışı: Brain Ring” adlı intellektual turnir keçirilib.


Turnirin əsas məqsədi tələbələrin intellektual potensialını inkişaf etdirmək, komanda işi bacarıqlarını gücləndirmək və sağlam rəqabət mühiti formalaşdırmaq olub. Yarış iştirakçılara biliklərini nümayiş etdirməklə yanaşı, məntiqi düşünmə və operativ qərarvermə bacarıqlarını sınamaq imkanı yaradıb.


Biologiya fakültəsinin tələbələrinin iştirak etdiyi turnirdə 5 komanda 5 raund üzrə mübarizə aparıb. Müxtəlif mövzuları əhatə edən suallar iştirakçılar tərəfindən cavablandırılıb və yarış boyunca maraqlı rəqabət müşahidə olunub.


Yarışın yekun nəticələrinə əsasən, Biotexnologiya ixtisasını təmsil edən “BTX-176” komandası bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi olub.


Qalib komandanı təbrik edir, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: