“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Güclü dövlətin təməli – Azərbaycan gəncliyi” forumu keçirilib

28/01/2026, 17:24
xeber1

Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilib.


Forumdan əvvəl gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllülük proqramlarının sərgisinə baxış olub.


Forumun açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Forumda BDU rektoru Elçin Babayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və BDU məzunları çıxış edərək ölkəmizin gənclər siyasətinin uğurlarından danışıb, gənclərin təhsil, idman və ictimai fəaliyyət sahələrindəki rolunu vurğulayıblar.


Tədbir çərçivəsində “İlin gənc alimi” müsabiqəsinin nəticələri elan olunub, fəal tələbələrə təşəkkürnamələr təqdim edilib, Azərbaycan Gəncləri Günü münasibətilə bədii kompozisiya nümayiş olunub və “Dövlətçilik, təhsil və elm: Azərbaycan gəncliyinin strateji missiyası” mövzusunda panel müzakirə keçirilib.


ETİHİ-nin sədr müavini Mirzə Cəfərzadə Həmkarlar İttifaqı Komitəsinın fəaliyyətində aktiv olan tələbələrin mükafatlandırılmasında iştirak edib. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: