“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Heydər Əliyev: şəhərsalma siyasəti və müasir yanaşmalar” mövzusunda tədbir keçirilib

14/05/2026, 03:23
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Kimya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Heydər Əliyev: şəhərsalma siyasəti və müasir yanaşmalar” mövzusunda tədbir keçirilib.


Tədbirdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkədə şəhərsalma siyasətinin formalaşdırılması və inkişafında oynadığı mühüm rol, bu istiqamətdə həyata keçirilən strateji layihələr, eləcə də urbanizasiya proseslərinin sistemli təşkili məsələləri müzakirə olunub.


Çıxışlarda Ümummilli Liderin müəyyən etdiyi şəhərsalma konsepsiyasının bu gün də müasir yanaşmalarla uzlaşaraq ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığı qeyd edilib. Həmçinin Bakı şəhərinin müasir memarlıq simasının formalaşmasında bu siyasətin təsiri xüsusi vurğulanıb.


Tədbir çərçivəsində tələbələr mövzu ətrafında fikir mübadiləsi aparıb, şəhərsalma sahəsində davamlı inkişaf, planlaşdırma və müasir urbanistik yanaşmalar barədə müzakirələr ediblər. Görüşdə mövzuya həsr olunmuş videoçarx da nümayiş etdirilib.


Sonda bu kimi maarifləndirici görüşlərin gənclərin elmi dünyagörüşünün formalaşması və inkişafında əhəmiyyəti vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: