Xəbərlər
BDU-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi təşkil edilib.
Seçim mərhələsində BDU tələbələri vokal ifaları, müxtəlif musiqi alətlərində ifaları, rəqs nömrələri və bədii qiraət nümunələri ilə öz istedad və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, ənənəvi olaraq keçirilən müsabiqədə respublikanın müxtəlif ali təhsil müəssisələrinin tələbələri də iştirak edirlər. Seçim mərhələlərinin nəticələrinə əsasən fərqlənən iştirakçılar yekun mərhələdə çıxış etmək hüququ qazanacaq, qaliblər isə müvafiq mükafatlarla təltif olunacaqlar.
Müsabiqənin yekun mərhələsinin Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur.



















