Xəbərlər
BDU-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş dama turnirinə start verilib
12/04/2026, 00:36

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman-Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş dama turnirinə start verilib.
Turnir çərçivəsində tələbələr arasında maraqlı və gərgin dama qarşılaşmaları keçirilir. İştirakçılar məntiqi düşünmə qabiliyyətlərini, strateji yanaşmalarını və diqqətlərini nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparırlar.
Turnirin növbəti mərhələlərində bütün iştirakçılara uğurlar arzulayırıq!






