Xəbərlər
BDU-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tennis turnirinə start verilib
08/04/2026, 23:56

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman-Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tennis turnirinə start verilib.
Turnir çərçivəsində tələbələr arasında maraqlı və gərgin tennis qarşılaşmaları keçirilir. İştirakçılar fiziki hazırlıq, sürət, dözümlülük və texniki bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparırlar.
Turnirin növbəti mərhələlərində bütün iştirakçılara uğurlar arzulayırıq!









