“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da idman turnirinin bağlanış mərasimi keçirilib

04/05/2026, 02:53
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman-Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş idman turnirinin bağlanış mərasimi keçirilib.


Bağlanış mərasimindən əvvəl idman yarışları çərçivəsində fakültələrarası futbol turnirinin III yer uğrunda qarşılaşması və final oyunu baş tutub. Nəticələrə əsasən, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin komandası Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin komandasına qalib gələrək turnirin bürünc medalına sahib olub. Final qarşılaşmasında isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinin komandasını məğlub edərək turnirin qalibi adını qazanıb.


Daha sonra şahmat, dama və tennis turnirlərinin qalibləri, eləcə də fakültələrarası voleybol və futbol yarışlarında ilk üç yeri tutan komandalar kubok, medal və sertifikatlarla mükafatlandırılıblar.


Qeyd edək ki, idman turnirində 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: