“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Karyera inkişafında ünsiyyətin rolu” mövzusunda panel görüş keçirilib

14/05/2026, 03:25
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Karyera inkişafında ünsiyyətin rolu” mövzusunda panel görüş keçirilib.


Görüşdə uğurlu karyera yolunda ünsiyyət bacarıqlarının əhəmiyyəti, iş mühitində sağlam və effektiv kommunikasiya qurulması, eləcə də şəxsi inkişaf prosesində özünüifadə bacarıqlarının formalaşdırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb.


Çıxış edən spikerlər tələbələrin gələcək peşə fəaliyyətində qarşılaşa biləcəkləri müxtəlif situasiyalardan, komanda ilə işləmək bacarığının inkişafından, liderlik keyfiyyətlərinin formalaşdırılmasından və peşəkar münasibətlərin düzgün qurulmasının karyera inkişafındakı rolundan bəhs ediblər. Müasir əmək bazarında peşəkar biliklərlə yanaşı, fikri aydın və inamlı ifadə etmək, komandadaxili əməkdaşlığa uyğunlaşmaq və problemləri həll etmək bacarıqlarının da uğurun əsas amillərindən olduğu vurğulanıb.


Panel çərçivəsində natiqlik qabiliyyətinin inkişafı, ictimai çıxış zamanı auditoriya ilə düzgün əlaqə qurulması, iş müsahibələrində özünü peşəkar şəkildə təqdim etməyin yolları, korporativ mühitdə etik davranış prinsipləri və şəxsi brendin formalaşdırılması kimi mövzulara da toxunulub.


İştirakçıların diqqətinə çatdırılıb ki, davamlı özünüinkişaf, yeni bilik və bacarıqların əldə edilməsi, dəyişən əmək bazarının tələblərinə uyğunlaşma və daim öz üzərində işləmək uğurlu karyera qurmağın əsas şərtlərindəndir.


İnteraktiv müzakirələr formatında davam edən panel görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: