“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “Kitabxananı kəşf et” layihəsinin rəsmi açılış tədbiri keçirilib

17/11/2026, 12:32
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İnformasiya və sənəd menecmenti fakültəsi üzrə təşkilatçılığı ilə tələbələrin mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, elmi-tədqiqat bacarıqlarının artırılması, eləcə də kitabxana və nəşriyyat imkanları ilə tanışlığının təmin olunması məqsədilə “Kitabxananı kəşf et” layihəsinə start verilib.


Tədbiri giriş sözü ilə açan fakültə THİK-in sədri Fatimə Əhmədova layihənin əhəmiyyətindən danışaraq kitabxana resurslarından səmərəli istifadənin və informasiya mədəniyyətinin tələbələrin akademik fəaliyyətindəki rolunu vurğulayıb.


Daha sonra BDU Nəşr Evinin kompüter tərtibatçısı Azadə İmanova elmi-tədqiqat işlərinin düzgün istiqamətləndirilməsi, metodoloji prinsiplər, eləcə də BDU Nəşr Evinin tarixi, fəaliyyəti və nəşr prosesləri haqqında məlumat verib.


Sonda tələbələrin sualları cavablandırılıb.


Qeyd edək ki, layihə çərçivəsində tələbələrin maarifləndirilməsi və biliklərinin genişləndirilməsi məqsədilə növbəti görüşlərin keçirilməsi nəzərdə tutulur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: