“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

23/10/2026, 12:26
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Karyera və Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələrin karyera inkişafına dəstək məqsədilə “PEŞƏkar söhbətlər” layihəsinə start verilir.


Layihənin əsas məqsədi tələbələrlə müxtəlif sahələr üzrə peşəkarlar arasında birbaşa ünsiyyət imkanları yaratmaq, onların əmək bazarının tələbləri, işə qəbul prosesi və karyera planlaşdırılması ilə bağlı məlumatlılığını artırmaqdır.


Layihə çərçivəsində ayda iki dəfə təşkil olunacaq görüşlərdə tələbələr insan resursları üzrə mütəxəssislər, şirkət nümayəndələri, işəgötürənlər, universitet məzunları və müxtəlif sahələr üzrə ekspertlərlə görüşərək onların təcrübə və tövsiyələrindən yararlanacaqlar.


İnteraktiv formatda keçiriləcək görüşlərdə mövzu ətrafında müzakirələr, sual-cavab sessiyaları və təcrübə mübadiləsi aparılacaq, tələbələrə yeni peşəkar əlaqələr qurmaq imkanı yaradılacaq.

Sosial şəbəkələrdə paylaş: