Xəbərlər
BDU-da “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək
30/04/2026, 02:56

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU-nun rəqəmsallaşma komandası”nın birgə təşkilatçılığı ilə 3 may 2026-cı il tarixində “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək.
Müsabiqənin əsas məqsədi tələbə gənclərin rəqəmsal alətlərdən istifadə imkanlarını genişləndirmək, bu istiqamətdə bacarıqlarını artırmaq və nəzəri biliklərini müasir tələblərə uyğun təkmilləşdirməkdir.
BDU-nun rəqəmsallaşma istiqamətindəki fəaliyyət planına uyğun olaraq təşkil edilən müsabiqənin sonunda qaliblər mükafatlandırılacaqlar.
Qeydiyyat üçün son tarix: 1 may 2026-cı il
Qeydiyyat linki: https://forms.gle/E1rsMgmKZpoBnS1Y6



