Xəbərlər
BDU-da “Xarıbülbül” açıq debat turniri keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən debat klubunun 15 illik yubileyi münasibətilə “Xarıbülbül” açıq debat turniri təşkil olunacaq.
Turnirin mövzusu “Dövlətlərarası silahlı münaqişələrin qarşısının alınmasında geoiqtisadi təsir imkanlarının gücləndirilməsi hərbi çəkindirmə imkanlarının artırılmasından daha effektivdir” olacaq.
Turnirin qaydalarına əsasən, hər komandaya minimum 2 BGDF kvotası ayrılır. Məzunlardan ibarət komandalara kvota məhdudiyyəti tətbiq olunmur. Komandada 2 spikerin çıxış etməsinə icazə verilir və bu halda -5 bal cəriməsi tətbiq edilmir. Təmsilçiliyə və turnir müddətində spiker dəyişikliyinə icazə verilmir.
Debat turniri 21–22 noyabr tarixlərində Bakı Dövlət Universitetinin əsas tədris binasında keçiriləcək.
İştirak etmək istəyən komandalar 17 noyabr saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.



