“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da Xarici Dil Klubu və AEGEE-Bakı arasında əməkdaşlıq çərçivəsində infosessiya keçirilib

05/05/2026, 03:01
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən Xarici Dil Klubu ilə AEGEE-Bakı arasında yeni əməkdaşlıq çərçivəsində infosessiya keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Xarici Dil Klubunun sədri Səbuhi Haqverdiyev əməkdaşlığın əhəmiyyətindən və tələbələr üçün yaradacağı yeni imkanlardan bəhs edib. Ardınca AEGEE-Bakının prezidenti Rəna Ağakişiyeva təşkilatın fəaliyyəti, beynəlxalq şəbəkəsi və gənclər üçün təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib.


Daha sonra təşkilatın Beynəlxalq Əlaqələr Departamentinin məzun rəhbəri, spiker Eyvaz Cəfərov AEGEE-Bakının layihələri, mübadilə proqramları və beynəlxalq tədbirlərdə iştirak imkanları haqqında danışıb.


İnteraktiv formatda davam edən infosessiya sual-cavab hissəsi ilə yekunlaşıb. Tələbələr onları maraqlandıran sualları ünvanlayaraq təşkilatın fəaliyyəti və gələcək imkanlar barədə daha ətraflı məlumat əldə ediblər.


Qeyd edək ki, bu əməkdaşlıq tələbələrin beynəlxalq mühitdə təcrübə qazanmaları, xarici dil biliklərini inkişaf etdirmələri və fərdi bacarıqlarını təkmilləşdirmələri baxımından yeni imkanlar yaradacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: