“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-da “İxtisasdan karyeraya” layihəsi çərçivəsində seminar keçirilib

30/10/2026, 12:28
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Coğrafiya fakültəsi üzrə təşkilatçılığı ilə Coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün “İxtisasdan karyeraya” mövzusunda seminar təşkil olunub.


Seminarda Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Nərminə Seyfullayeva çıxış edərək ixtisasın əhəmiyyətindən, bu sahədə kadr hazırlığının vacibliyindən və tələbələrin peşəkar inkişaf imkanlarından bəhs edib. Görüş çərçivəsində tələbələrlə maarifləndirici müzakirələr aparılıb, onların gələcək karyera planları ilə bağlı tövsiyələr verilib.


Qeyd edək ki, seminarın əsas məqsədi Coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin peşə sahəsinə marağını artırmaq, onların karyera imkanları barədə məlumatlılığını genişləndirmək və peşəkar inkişaflarına dəstək göstərmək olub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: