“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU Debat Klubu “İllər Sonra” açıq turnirində hər iki bölmə üzrə çempion olub

21/03/2026, 23:09
xeber1

14–15 mart tarixlərində Dövlət İdarəçilik Akademiyası Debat Klubunun təşkilatçılığı ilə “İllər Sonra” adlı Karl Popper formatlı açıq debat turniri keçirilib. Turnirin mövzusu “Urbanizasiya qeyri-formal iqtisadi fəaliyyətin inkişafına şərait yaradır” olub.


Dövlət İdarəçilik Akademiyasında keçirilən turnirin final mərhələsində Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universitetinin (BDU) “Dəşti-Təsnifi”, rus bölməsi üzrə isə “Бастер Скрягс” komandaları rəqiblərini üstələyərək çempionluq qazanıblar. Beləliklə, BDU Debat Klubu ardıcıl ikinci dəfə hər iki bölmə üzrə turnirin qalibi olub.


Turnirin ən yaxşı natiqləri sırasında da BDU təmsilçiləri yer alıblar. Azərbaycan bölməsi üzrə Fərid Abasov və Eşqin Məmmədzadə, rus bölməsi üzrə isə İbrahimxəlil Rəhimov, Məhəmməd İsmayılov və Nurlana İbrahimova fərqləniblər.


BDU Debat Klubunun hər iki bölmə üzrə qazandığı bu uğur universitetin debat sahəsindəki nailiyyətlərinin növbəti göstəricisidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: