“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU Debat Klubunun 64-cü daxili turnirinin qalibləri müəyyənləşib

07/05/2026, 03:15
xeber1

2–3 may tarixlərində Bakı Dövlət Universitetinin (BDU) Debat Klubunda “Urbanizasiya prosesi insanların həyat keyfiyyətinin artırılmasında müsbət rol oynayır” mövzusunda 64-cü daxili turnirin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.


Turnirdə Azərbaycan bölməsi üzrə 33, rus bölməsi üzrə isə 18 komanda olmaqla, ümumilikdə 51 komanda iştirak edib.


Final mərhələsində Azərbaycan bölməsi üzrə “Taşacak bu Debat” və “Dönmə geri”, rus bölməsi üzrə isə “Большие Города” və “Я это ты” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən final oyunlarının nəticələrinə əsasən, “Taşacak bu Debat” və “Большие Города” komandaları müvafiq olaraq Azərbaycan və rus bölmələri üzrə turnirin çempionu adını qazanıblar.


Turnir çərçivəsində fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. Belə ki, Azərbaycan bölməsi üzrə Aytel İbrahimova, rus bölməsi üzrə isə Amin Ağayev “Ən yaxşı natiq” adına layiq görülüb. “Ən yaxşı hakim” nominasiyası üzrə Əli Nəbiyev (Azərbaycan bölməsi) və Məhəmməd Şəfiyev (rus bölməsi) fərqləniblər.


“Ən yaxşı təlimçi” nominasiyası üzrə Azərbaycan bölməsində Eşqin Məmmədzadə, rus bölməsində isə İbrahimxəlil Rəhimov seçilib. Məşqçi nominasiyası üzrə Azərbaycan bölməsində Aylan Dəmirova və Məryəm Hüseyn, rus bölməsində isə Günel Məmmədova fərqləniblər.


Turnirin sonunda qaliblər kubok, medal və sertifikatlarla, fərqlənən iştirakçılar isə müvafiq sertifikatlarla təltif olunublar.


Qeyd edək ki, turnirin sponsoru “Price Academy” çempion komandaların hər bir üzvünə ingilis dili üzrə ödənişsiz özünütəhsil paketi təqdim edib. Finalçı komandalar üçün isə bütün dillər üzrə 20 faiz endirim imkanı yaradılıb.


BDU Debat Klubu turnirə göstərdiyi dəstəyə görə “Price Academy”yə təşəkkürünü bildirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: