“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU Debat Klubunun təşkilatçılığı ilə XIV “Avengers” turniri keçirilib

18/03/2026, 22:28
xeber1

7–8 mart tarixlərində Bakı Dövlət Universiteti (BDU) Debat Klubunun təşkilatçılığı ilə “Kibercinayətkarlığa qarşı mübarizədə dövlət nəzarəti ən əsas faktordur” mövzusunda XIV “Avengers” turniri keçirilib.


Turnirdə ümumilikdə 47 komanda iştirak edib. Gərgin və rəqabətli mübarizə şəraitində keçirilən final mərhələsində Azərbaycan bölməsi üzrə təsdiq mövqeyində “Persona non grata” (Mehriban Məmmədli, Yusif İsmayılov, Elnur İmanov), inkar mövqeyində isə “Tərki-Debat” (Nuray Talıblı, Ülvi Avazlı, Aytel İbrahimova) komandaları çıxış ediblər.


Rus bölməsi üzrə finalda təsdiq mövqeyində “В тебя влюбились Три Брата” (Tofiq Ələkbərov, İbrahimxəlil Rəhimov, Elmir Vəliyev), inkar mövqeyində isə “Приятно знать но тем не менее” (Həsənov Hüseynağa, Quliyeva Aliyə, Qasımova Gülzar) komandaları mübarizə aparıblar.


Nəticələrə əsasən, Azərbaycan bölməsi üzrə “Tərki-Debat”, rus bölməsi üzrə isə “Приятно знать но тем не менее” komandası turnirin qalibi olub.


Turnirin Azərbaycan bölməsi üzrə ən yaxşı hakim Murad Hüseyn, ən yaxşı natiq Eşqin Məmmədzadə, rus bölməsi üzrə isə ən yaxşı hakim Nihad Cavadlı, ən yaxşı natiq Nurlana İbrahimova seçiliblər.


Sonda qalib komandalar və hər iki bölmə üzrə fərqlənən iştirakçılar kubok, medal və sertifikatlarla mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: