Xəbərlər
BDU komandası Azərbaycan Tələbə Liqasında növbəti oyununu keçirib
14/11/2026, 21:46

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2026/2027-ci il mövsümünə start verilib.
Liqanın A qrupunda mübarizə aparan Bakı Dövlət Universitetinin (BDU) komandası Bakı Mühəndislik Universitetinin komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 4:4 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.








