“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU komandası Breyn Rinq üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub

27/06/2026, 03:42
xeber1

Elm və Təhsil Nazirliyi, “3sual” intellektual oyunlar platforması və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Breyn Rinq üzrə Universitetlərarası Azərbaycan Çempionatı keçirilib.


İyunun 27-də baş tutan çempionatda ölkənin 25 ali təhsil müəssisəsini təmsil edən komandalar bilik və çevikliklərini nümayiş etdirərək Azərbaycan çempionu adı uğrunda mübarizə aparıblar.


Turnirin NHN formatında keçirilən seçim mərhələsində Bakı Dövlət Universitetinin (BDU) komandası bütün rəqiblərini geridə qoyaraq mərhələni lider kimi başa vurub.


A qrupunda mübarizəyə başlayan BDU komandası Azərbaycan Dillər Universiteti və Xəzər Universitetinin komandaları üzərində qələbə qazanaraq pley-off mərhələsinə yüksəlib. Komanda 1/4 final və yarımfinal mərhələlərində müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Tibb Universitetinin komandalarını məğlub edərək finala vəsiqə əldə edib.


Final qarşılaşmasında BDU və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun əsas hissəsi 2:2 hesabı ilə yekunlaşdığından qalib həlledici sual vasitəsilə müəyyənləşib. Həlledici sualı düzgün cavablandıran BDU komandası 2026-cı il Breyn Rinq üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi adını qazanıb.


Çempionatın yekun nəticələrinə əsasən, qaliblər aşağıdakı kimi sıralanıblar:

I yer – Bakı Dövlət Universiteti;

II yer – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;

III yer – Azərbaycan Tibb Universiteti.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: