“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” təqdim olunub

04/03/2026, 20:45
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar İttifaqı təqaüdü” təqdim edilib.


Təqaüdə layiq görülənlər arasında Bakı Dövlət Universitetinin (BDU) 10 tələbəsi – Nurlan Cəbrayılzadə, Etibar Tərlanov, Nicat Ağayev, Əfsanə Yusifova, Toğrul Mehdiyev, Kübra Məmmədova, İlayda Abusətdar, Əminə Əliyeva, Türkan Həsənli və Əminə Cəfərova da yer alıb.


Qeyd edək ki, ETİHİ RK-nin “Həmkarlar İttifaqı təqaüdü” layihəsi 1995-ci ildən həyata keçirilir. Ümumilikdə, 2024–2025-ci illər ərzində 658 tələbə bu təqaüdə layiq görülüb.


Bakı Dövlət Universitetinin tələbələrini qazandıqları nailiyyət münasibətilə təbrik edir, onlara təhsil və ictimai fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: