“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Coğrafiya fakültəsində “Baharın ətri” adlı Novruz tədbiri keçirilib

19/03/2026, 22:42
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) Coğrafiya fakültəsi üzrə birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Baharın ətri” adlı tədbir keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Novruz bayramının tarixi və mədəni əhəmiyyətindən bəhs edib. O, Novruzun xalqımızın ən sevilən bayramlarından biri olduğunu vurğulayaraq iştirakçıları bayram münasibətilə təbrik edib.


Tədbirin bədii hissəsində tələbələrin hazırladığı “Keçmişdən gələcəyə” adlı videoçarx nümayiş olunub. Daha sonra xalq mahnıları ifa edilib, rəqs nümunələri təqdim olunub. Fakültənin tələbələri meyxana ifa edərək söz ustalıqlarını nümayiş etdiriblər. Kosa və Keçəl isə tədbir boyu maraqlı çıxışları ilə iştirakçılara xoş anlar yaşadaraq bayram əhval-ruhiyyəsi yaradıblar.


Proqramın davamında Bahar qızı, Kosa və Keçəl tələbələr üçün hədiyyəli intellektual oyun təşkil ediblər. Tədbir xanımların ifasında “Sənə qurban” xorunun səsləndirilməsi ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: