Xəbərlər
BDU-nun Coğrafiya fakültəsinin tələbə-müəllim heyəti şəhid məzunu Namiq Cavadovun məzarını ziyarət edib

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Coğrafiya fakültəsinin rəhbərliyinin təşkilatçılığı ilə fakültənin tələbə-müəllim heyəti Hərbi Memorial Məzarlığı ziyarət edib.
Ziyarətin məqsədi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək, gənclərdə vətənpərvərlik ruhunu və milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək olub.
Çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov şəhidlər arasında fakültənin məzunu Namiq Cavadovun da olduğunu qeyd edərək onun həyat və qəhrəmanlıq yolundan bəhs edib.
Daha sonra iştirakçılar şəhid Namiq Cavadovun məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.




