Xəbərlər
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Könül Aslanova açaraq qadınların cəmiyyətdəki rolundan, elm və təhsil sahəsinə verdikləri töhfələrdən bəhs edib, tələbə xanımları bayram münasibətilə təbrik edib.
Daha sonra BDU-nun Politologiya kafedrasının müəllimi Aytac Əliyeva çıxış edərək qadın hüquqlarının inkişafı, gender bərabərliyi və Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəallığı haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda THİK və TGT üzvlərinin hazırladığı ədəbi-bədii proqram təqdim olunub. Tələbələr tərəfindən şeirlər və mahnılar ifa edilib, qadınlara həsr olunmuş bədii kompozisiyalar nümayiş etdirilib.








