Xəbərlər
BDU-nun Filologiya fakültəsində “Novruz Tələbə Festivalı” keçirilib
18/03/2026, 22:36

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə “Novruz Tələbə Festivalı” təşkil olunub.
Festivalın əsas məqsədi tələbələr arasında milli-mənəvi dəyərlərin və qədim Novruz adət-ənənələrinin təbliği, eləcə də birlik və həmrəyliyin möhkəmləndirilməsi olub.


















