Xəbərlər
BDU-nun Filologiya fakültəsinin I kurs tələbələri Hərbi Memorial Kompleksi ziyarət ediblər
06/10/2026, 11:40

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Filologiya fakültəsinin I kurs tələbələrinin Hərbi Memorial Kompleksə ziyarəti təşkil olunub.
Ziyarət zamanı tələbələrə Hərbi Memorial Kompleks haqqında ətraflı məlumat verilib, tarixi əhəmiyyət daşıyan məkanın ekspozisiyası ilə tanışlıq keçirilib.
Tədbirdə Azərbaycan dilinin tətbiqi məsələləri ETL-in əməkdaşı Səbinə Muxdarova da iştirak edib. O, tələbələrə Kompleksin tarixi və burada nümayiş etdirilən materiallar haqqında məlumat verib, onların suallarını cavablandırıb.




