“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun “Gənc istedadlar” liseyində Ekoloji Bilik Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib

14/04/2026, 00:40
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə təşkilatçılığı ilə BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində 15 aprel – Ekoloji Bilik Gününə həsr olunmuş maarifləndirici seminar təşkil edilib.


Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının II kurs doktorantı Ramil Həsənov “Azərbaycanın bioloji müxtəlifliyinin qorunmasında Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin (XMOTƏ) rolu” mövzusunda çıxış edib.


O, ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılma tarixi, onların kateqoriyaları və bu sahədə həyata keçirilən yeniliklər barədə lisey şagirdlərinə ətraflı məlumat verib. Həmçinin Azərbaycanın bioloji müxtəlifliyi, canlı orqanizmlərə təsir göstərən əsas amillər, nadir növlərin qorunması istiqamətində görülən tədbirlər və invaziv növlərin ətraf mühit üçün yaratdığı təhlükələr diqqətə çatdırılıb.


Seminarın əsas məqsədi şagirdlərin ekoloji biliklərinin artırılması, ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması istiqamətində məlumatlılığının gücləndirilməsi olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: