“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Geologiya fakültəsində Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib

02/04/2026, 23:50
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş “Aprel döyüşləri: Tarixi yaddaş, milli qürur və Zəfər ruhu” adlı tədbir keçirilib.


Tədbirin əsas məqsədi Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin əhəmiyyətini gənc nəslin diqqətinə çatdırmaq, həmin döyüşlərdə nümayiş etdirilən igidlik və vətənpərvərlik nümunələrini təbliğ etmək olub. Eyni zamanda, tələbələr arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və Vətənə bağlılıq hissinin daha da gücləndirilməsi diqqət mərkəzində olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: