Xəbərlər
BDU-nun Geologiya fakültəsində “Tarixi yaddaş və milli kimlik” adlı tədbir keçirilib
31/03/2026, 23:12

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi yaddaş və milli kimlik” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının tarixində dərin iz qoymuş faciənin qurbanlarının xatirəsini yad etmək, soyqırımı hadisələri haqqında tarixi həqiqətləri gənc nəslə çatdırmaq, tələbələr arasında milli yaddaş və kimlik şüurunu gücləndirmək olub.








