“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Geologiya fakültəsinin qiyabi təhsil alan tələbələri Heydər Əliyev və Təkamül muzeylərini ziyarət ediblər

01/04/2026, 23:47
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə qiyabi təhsil alan III kurs tələbələri üçün maarifləndirici, elmi və tarixi məzmun daşıyan ekskursiya təşkil olunub.


Ekskursiyanın əsas məqsədi tələbələrin nəzəri biliklərini zənginləşdirməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, tarixi irs və elmi inkişaf mərhələləri ilə daha yaxından tanış olmalarına şərait yaratmaq olub.


Ekskursiya çərçivəsində tələbələr BDU nəzdində fəaliyyət göstərən Heydər Əliyev və Təkamül muzeylərini ziyarət edərək nümayiş etdirilən eksponatlar və tarixi materiallarla tanış olublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: