Xəbərlər
BDU-nun Geologiya fakültəsinin tələbələri Azərbaycan Geologiya Muzeyinə ekskursiya ediblər

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), “BDU könüllüləri” təşkilatı və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə 27 Mart – Elm Gününə həsr olunmuş tədbirlər planı çərçivəsində tələbələr üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələrin Azərbaycanın geoloji irsi, faydalı qazıntı ehtiyatları, mineral və süxur nümunələri ilə yaxından tanış olmalarını təmin etmək, onların nəzəri biliklərini praktiki müşahidələrlə zənginləşdirmək və geologiya elminə maraqlarını artırmaq olub.





