“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Geologiya fakültəsinin tələbələri “AzerGold” QSC-nin V Təqaüd Proqramının qalibləri ilə görüşüblər

18/03/2026, 22:25
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), “BDU könüllüləri” təşkilatı və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə 27 Mart – Elm Günü münasibətilə həyata keçirilən tədbirlər planı çərçivəsində tələbələrin “AzerGold” QSC-nin V Təqaüd Proqramının qalibləri ilə görüşü təşkil olunub.


Görüşün əsas məqsədi tələbələri təqaüd proqramının qaliblərinin təcrübəsi ilə tanış etmək, onların elmi və peşəkar inkişafına dəstək olmaq, həmçinin gəncləri akademik və karyera hədəflərinə çatmaq istiqamətində motivasiya etmək olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: