Xəbərlər
BDU-nun Geologiya fakültəsinin tələbələri Genetika və təkamül muzeyinə ekskursiya ediblər
17/03/2026, 22:15

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə 27 Mart – Elm Günü münasibətilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində tələbələrin universitet nəzdində fəaliyyət göstərən Genetika və təkamül muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi tələbələrin biologiya və genetika sahəsində biliklərini genişləndirmək, elmi irslə yaxından tanış olmalarına şərait yaratmaq və onların elmi dünyagörüşünü zənginləşdirmək olub.







