Xəbərlər
BDU-nun Geologiya fakültəsinin tələbələri Respublika Seysmoloji Xidmət Mərkəzinə ekskursiya ediblər

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), “BDU könüllüləri” təşkilatı və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə 27 Mart – Elm Gününə həsr olunmuş tədbirlər planı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinə ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələrin seysmologiya sahəsində aparılan elmi-tədqiqat işləri, zəlzələlərin öyrənilməsi və monitorinqi, eləcə də seysmik hadisələrin qeydə alınması və təhlili prosesləri ilə yaxından tanış olmalarına şərait yaratmaq, onların nəzəri biliklərini praktiki müşahidələrlə zənginləşdirmək olub.






