Xəbərlər
BDU-nun Geologiya fakültəsinin tələbələri üçün Faydalı Qazıntılar Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), “BDU könüllüləri” təşkilatı və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə 27 Mart – Elm Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində I kurs tələbələri üçün universitetin ərazisində fəaliyyət göstərən Faydalı Qazıntılar Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələrin geologiya elmi üzrə nəzəri biliklərini praktiki müşahidələrlə zənginləşdirmək, faydalı qazıntılar və onların xüsusiyyətləri haqqında məlumatlılığını artırmaq, həmçinin gənclərin elmi-tədqiqat fəaliyyətinə marağını təşviq etmək olub.





