Xəbərlər
BDU-nun Kimya fakültəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin müəllim və tələbələri iştirak ediblər.
Tədbirin açılışında qadınların cəmiyyətdə, elm və təhsil sahəsindəki mühüm rolundan bəhs olunub. Daha sonra Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbir tələbələrin çıxışları ilə davam edib. Çıxışlarda 8 Mart – Beynəlxalq Qadınlar Gününün əhəmiyyəti və qadınların cəmiyyətin inkişafındakı rolu vurğulanıb.
Tədbirin bədii hissəsində I kurs tələbəsi Elay Kərimli “Ay Xanım Xanım” mahnısını ifa edib, həmçinin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda tədbirin iştirakçılar tərəfindən maraqla qarşılandığı qeyd olunub, təşkilatçılara və iştirakçılara təşəkkür bildirilib.










