“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Kimya fakültəsində “Baharın rəngləri” adlı bayram tədbiri keçirilib

19/03/2026, 22:48
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatı (TGT), “BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Baharın rəngləri” adlı tədbir keçirilib.


Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizi və Novruz adət-ənənələrini tələbələr arasında təbliğ etmək, baharın gəlişini birlik və sevinc içində qeyd etmək olub.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Kimya fakültəsinin dekanı Fuad Kərimli və Taleh Qəhrəmanov çıxış edərək Novruz bayramının milli-mədəni əhəmiyyətindən, xalqımızın həyatında tutduğu xüsusi yerdən bəhs ediblər.


Bədii hissə “Baharın oyanışı” adlı səhnəciklə davam edib. Səhnəcikdə aparıcı, Kosa, Keçəl, Bahar qızı və Qar qız obrazları baharın gəlişini simvolik şəkildə canlandırıblar. Ardınca tələbələrin ifasında müxtəlif musiqi və rəqs nömrələri təqdim olunub. “Səməni” və “Yallı” rəqsləri, “Tar kamanım”, “Fəridəm” mahnıları, eləcə də “Arşın mal alan” filmindən musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Proqram çərçivəsində “Gülür ellər”, “Həyat bayram olsa”, “Bayram axşamlarında” və “Novruz gəlir, yaz gəlir” mahnıları səsləndirilib. “Arşın mal alan” filmindən “Qızların rəqsi” və digər rəqs nümunələri tədbirə xüsusi rəng qatıb.


Tədbir bütün iştirakçıların birgə ifa etdiyi “Yallı” rəqsi ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: