Xəbərlər
BDU-nun Kimya fakültəsində “Yaşıl formula” adlı bilik yarışı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Yaşıl formula” adlı bilik yarışı keçirilib.
Yarış çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə bilik və bacarıqlarını sınayıblar. İki əsas və bir həlledici turdan ibarət olan müsabiqənin birinci turunda kimya sahəsi üzrə, ikinci turunda isə memarlıq və şəhərsalma mövzularında suallar təqdim olunub. Həlledici turda komandalar qalibiyyət uğrunda mübarizə aparıblar.
Yarış zamanı komandalar arasında maraqlı və rəqabətli mübarizə müşahidə olunub. İştirakçılar tapşırıqları yerinə yetirərkən sürətli düşünmə və düzgün qərarvermə bacarıqlarını nümayiş etdiriblər.
Sonda qalib komanda müəyyənləşdirilib, yüksək nəticə göstərən iştirakçılar qiymətləndirilib. Yarış tələbələrin biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi və komanda şəklində işləmək bacarıqlarının inkişafı baxımından maraqlı və maarifləndirici təcrübə olub.






