“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Kimya fakültəsində Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

05/11/2026, 00:29
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “Zəfərdən gələcəyə: gənclərin baxışı” adlı tədbir keçirilib.


Tədbirin əsas məqsədi Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətini vurğulamaq, Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinə diqqət çəkmək, eləcə də gənclərin bu proseslərə elmi və vətəndaşlıq mövqeyindən yanaşmasını təşviq etmək olub.


Tədbirdə Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək Zəfər tariximizin əhəmiyyətindən, Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən işlərdən və gənclərin ölkənin gələcəyindəki rolundan bəhs edib.


Daha sonra Kimya fakültəsinin tələbələri Elay Kərimli, Ləman Məmmədli və Səbinə Məmmədova mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.


Çıxışlarda “Müasir materiallar və davamlı inkişaf” mövzusu çərçivəsində Qarabağda aparılan quruculuq işlərində innovativ, möhkəm və ekoloji cəhətdən dayanıqlı materialların əhəmiyyəti diqqətə çatdırılıb. “Qarabağın ekoloji bərpası və ətraf mühitin qorunması” mövzusunda işğal dövründə ətraf mühitə dəymiş zərər, meşələrin bərpası və regionun ekoloji tarazlığının qorunması məsələləri müzakirə olunub.


Həmçinin “Suyun təmizlənməsində kimyanın rolu” mövzusunda Qarabağın su ehtiyatlarının mühafizəsi, çayların və su hövzələrinin çirklənmədən qorunması, müasir su təmizləmə texnologiyalarının tətbiqinin əhəmiyyəti vurğulanıb.


Tədbirdə Qarabağın bərpası prosesində kimya elminin, müasir texnologiyaların və ekoloji yanaşmanın rolu xüsusi qeyd olunub. Görüş gənclərin Zəfər tariximizə, Qarabağın gələcəyinə və ölkəmizin dayanıqlı inkişafına dair fikir və təkliflərinin təqdim edilməsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: