“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Kimya fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

22/04/2026, 02:11
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə fakültənin I kurs tələbələri üçün universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub.


Ekskursiya zamanı muzeyin müdiri Afət Seyidzadə tələbələrə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycançılıq ideologiyasının formalaşmasındakı rolu, ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələr və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib.

Bununla yanaşı, tələbələr muzeydə nümayiş olunan nadir eksponatlar, tarixi sənədlər, fotoşəkillər və müxtəlif arxiv materialları ilə yaxından tanış olublar. Ekskursiya iştirakçılara Ümummilli Liderin zəngin irsini daha dərindən öyrənmək və onun Azərbaycan dövlətçiliyinin inkişafındakı rolunu yaxından tanımaq imkanı yaradıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: