“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

12/10/2026, 11:51
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin kollektivi fakültənin şəhid məzunu Elşən Salayevin məzarını ziyarət edib.


Ziyarətdə fakültənin dekan müavini Elnur Əbilov, Azərbaycan tarixi (humanitar elmlər üzrə) kafedrasının müdiri Azad Rzayev, müəllimlər Əsgər Zeynalabdinov, Aytən Abbasova-Quliyeva, Anar Cəfərov, Ədalət Qafarlı və tələbələr iştirak ediblər. İştirakçılar şəhidin məzarı önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.


Qeyd edək ki, Elşən Salayev Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra üç medalla təltif edilən qəhrəmanın əziz xatirəsi müəllim və tələbələrin qəlbində daim yaşayacaq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: