“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

30/09/2026, 04:04
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Universitetin bir qrup əməkdaşı və tələbəsi Mexanika-riyaziyyat fakültəsinin şəhid məzunu Manaf Bəhmənlinin məzarını ziyarət ediblər.


Ziyarət zamanı Vətən torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan Manaf Bəhmənlinin əziz xatirəsi ehtiramla yad edilib. BDU-nun şəhid məzunlarının xalqımızın və Universitetin tarixində daim yaşayacağı vurğulanıb.


Qeyd edək ki, Manaf Bəhmənli 2015–2020-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Manaf Bəhmənli sentyabrın 27-də Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Sosial şəbəkələrdə paylaş: