Xəbərlər
BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Universitetin bir qrup əməkdaşı və tələbəsi Vətən müharibəsi şəhidi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nicat Əhmədovun doğum günü münasibətilə ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.
Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şöbənin mütəxəssisi Ələkbər Həsənov, THİK sədri Zöhrab Cavadzadə və Komitənin fəal üzvləri iştirak ediblər.
Görüş zamanı çıxış edənlər Nicat Əhmədovun Vətən torpaqlarının azadlığı uğrunda qəhrəmancasına döyüşdüyünü qeyd ediblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən şəhid məzunun müəllimlərinin və tələbə yoldaşlarının xatirəsində daim yaşayacağı vurğulanıb.
Qeyd edək ki, Nicat Əhmədov 2016–2020-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsil alıb. O, 2020-ci il oktyabrın 8-də Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.



