“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

08/03/2026, 20:56
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT), “BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova çıxış edərək qadınların cəmiyyətdəki rolundan, onların sosial, elmi və mədəni sahələrdə qazandıqları nailiyyətlərdən bəhs edib. O, qadınların cəmiyyətin inkişafında mühüm yer tutduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində tələbələr tərəfindən şeirlər səsləndirilib, mahnılar ifa olunub. Bədii proqram iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.

Sonda qadınların cəmiyyətin inkişafındakı əhəmiyyətinə bir daha diqqət çəkilib, onların bütün sahələrdə qazandıqları uğurların davamlı olması arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: