“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Baharın səsi – Ənənədən gələn harmoniya” adlı tədbir keçirilib

15/03/2026, 21:42
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Baharın səsi – Ənənədən gələn harmoniya” adlı tədbir keçirilib.


Tədbir çərçivəsində tələbələr tərəfindən şeirlər səsləndirilib, tar və gitara müşayiəti ilə milli və müasir musiqilər ifa olunub, rəqs nümunələri təqdim edilib.


Proqramın növbəti hissəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsəri əsasında hazırlanmış səhnəcik nümayiş etdirilib.


Tədbirin sonunda iştirakçılar milli-mənəvi dəyərlərimizin, birlik və həmrəyliyin rəmzi olan yallı rəqsini ifa ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: