Xəbərlər
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin tələbələri Zəfər Muzeyini ziyarət ediblər

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qələbəyə Əks-səda” adlı Zəfər Muzeyinə ziyarət təşkil olunub.
Ziyarətçilər ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidə kompleksi önünə qərənfillər düzüblər.
Ziyarət zamanı tələbələrə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyəti, müzəffər Ordumuzun rəşadəti və şəhidlərimizin qəhrəmanlıq yolu haqqında məlumat verilib. Muzeydə nümayiş olunan ekspozisiyalar, tarixi sənədlər və hərbi eksponatlar tələbələrin marağına səbəb olub.
Ziyarətin əsas məqsədi gənclərdə Vətən sevgisini, qəhrəmanlıq ruhunu və milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək, həmçinin tarixi Zəfərimizin xatirəsini yaşatmaq olub.
Sonda iştirakçılar xatirə fotosu çəkdiriblər.













