“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU-nun Tarix fakültəsində dövlət müstəqilliyinin bərpasının 35-ci və Zəfər tariximizin 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

06/11/2026, 00:52
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Türk dünyası gənc tədqiqatçılar dərnəyi”nin təşəbbüsü ilə dövlət müstəqilliyimizin bərpasının 35-ci və Zəfər tariximizin 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə 1991-ci il nəslinin nümayəndələri – müstəqilliyimizin bərpasının şahidləri, müəllim-professor heyəti, eləcə də müasir gəncliyi təmsil edən tələbələr iştirak ediblər.


Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı xüsusi vurğulanıb.


Proqram çərçivəsində müstəqillik və Zəfər yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib, nəsillərarası dialoq, milli dəyərlər və gənclərin dövlətçilik ənənələrinə münasibəti ətrafında fikir mübadiləsi aparılıb. İnteraktiv sorğuların nəticələrini Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev və Elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova şərh ediblər.


Tədbirin bədii hissəsində I kurs magistrantı Nəzrin Allahverdiyeva Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirini səsləndirib, II kurs magistrantı Ayna Quliyevanın süni intellekt vasitəsilə hazırladığı videoçarx təqdim olunub.


Esse müsabiqəsinin nəticələrini Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən elan edib.

Müsabiqənin nəticələrinə əsasən:

I yer – Nuray Rəhimova (II kurs);

II yer – Sona Rzayeva (II kurs);

III yer – Sərvət Zeynallı (I kurs).

“Xüsusi münsif mükafatı” – Həsən Abasov (II kurs magistrantı).


Qaliblərə diplomlar və BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin mükafatları, digər iştirakçılara isə Təşəkkürnamələr təqdim edilib.


Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: