“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU tələbələri “DebatHer” açıq turnirinin qalibi olublar

01/03/2026, 20:29
xeber1

28 fevral – 1 mart tarixlərində Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar Komitəsinin tərəfdaşlığı və UNEC Debat Klubunun təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Milli Debat Proqramı çərçivəsində “DebatHer” adlı açıq turnir keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən turnirin final mərhələsində Bakı Dövlət Universitetinin təmsilçiləri uğurlu nəticələrlə yadda qalıblar. Belə ki, Azərbaycan bölməsi üzrə BDU-nun “Secret Garden”, rus bölməsi üzrə isə “Серебро” komandası turnirin qalibi adını qazanıb.

Bununla yanaşı, turnirin ən yaxşı natiqləri sırasında Azərbaycan bölməsi üzrə BDU tələbələri Məryəm Hüseyn, Olcay Əsgərli və Fatimə Miri, rus bölməsi üzrə isə Nurlana İbrahimova və Məryəm İbrahimli yer alıblar.

Bakı Dövlət Universitetinin tələbələrini qazandıqları uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: