“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK, BDU Könüllüləri, TGT və TEC-in Fizika fakültəsi üzrə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

26/02/2026, 20:18
xeber1

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), BDU Könüllüləri, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) Fizika fakültəsi üzrə təşkilatçılığı ilə 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra fakültənin dekanı Bəxtiyar Paşayev çıxış edərək Xocalı soyqırımının tariximizdə buraxdığı ağrılı izlərdən bəhs edib, faciənin unudulmamasının və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbirin bədii hissəsində fakültə tələbələri çıxış ediblər. Sevgi Şirinova Xocalı faciəsinə həsr olunmuş inşa ilə çıxış edib, Rahidə Astanlı, Aysun Hüseynova və Elnarə Günəşova isə faciənin ağrı-acısını əks etdirən şeirlər səsləndiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: