“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

BDU THİK Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbələri ilə görüş keçirib

16/10/2026, 12:02
xeber1

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbələri üçün məlumatlandırıcı görüş keçirilib.


Tədbirin açılışında BDU THİK-in sədri Zöhrab Cavadzadə çıxış edərək tələbələrə Komitənin strukturu, fəaliyyət istiqamətləri və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.


Daha sonra THİK ilə birgə fəaliyyət göstərən İdman və Sağlamlıq Mərkəzinin müəllimi və məşqçisi Cavid Rəhimov mərkəzin fəaliyyət istiqamətləri, idman növləri və tələbələr üçün yaratdığı imkanlar haqqında danışıb.


BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin əməkdaşı Nurqələm Hüseynov şöbənin fəaliyyəti və universitetdə fəaliyyət göstərən tələbə təşkilatları barədə məlumat verərək tələbələri müxtəlif layihələrdə və ictimai təşəbbüslərdə fəal iştirak etməyə dəvət edib.


Ardınca THİK ilə birgə fəaliyyət göstərən Mədəniyyət və Yaradıcılıq Mərkəzinin baş mütəxəssisi Qiyas Qiyasov mərkəzin fəaliyyəti, eləcə də tələbələrin mədəni-yaradıcı təşəbbüslərdə iştirakı üçün yaradılan imkanlardan bəhs edib.


Görüşün davamında BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin Karyera planlaşdırması şöbəsinin baş mütəxəssisi İlkin Şərifov karyera planlaşdırmasının əhəmiyyəti, peşəkar inkişaf istiqamətində atıla biləcək addımlar və tələbələr üçün mövcud karyera imkanları barədə məlumat verib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: